Azərbaycan Premyer Liqasının XIII turunda qalmaqallı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, "Neftçi" – "Bakı" matçının gedişində Kamran Ağayevlə meydan sahibinin azarkeşləri arasında söz atışması olub.
Məsələyə Tahir Süleymanov da qarışıb.
Daha sonra Kamran Ağayev həmin yerdən uzaqlaşdırılıb.
"Supersport" qalmaqalın videogörüntülərini yayıb.
