Portuqaliya Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da növbəti matçına çıxıb.
Həmyerlilərimizin komandası doğma meydanda “Feirense”ni qəbul edib. Görüş qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qarşılaşmada Kamranla Eminin adı iştirak ərizəsində daxil edilməyib.
