Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni klubu məlum olub
Korner.az-ın məlumatına görə, 30 yaşlı qolkiper Portuqaliyanın “Boavişta” klubuna keçib.
Ağayevlə 1 illik müqavilə imzalanması ilə bağlı məlumat yüksək liqa təmsilçisinin “Facebook”da səhifəsində yer alıb.
Müqavilə növbəti yay 1 illik uzadılmasının mümkünlüyü şərti ilə imzalanılıb. “Boavişta”ya sərbəst futbolçu kimi keçən Ağayev sabahdan yeni komandasının hazırlığına qoşulaşacaq.
