Milli komandamızın üzvü Kamran Ağayevin yeni klubunun adına aydınlıq gəlib.
Portuqaliyanın “Boavişta” klubundan göndərildikdən sonra işsiz qalan təcrübəli əlcək sahibi karyerasını Çexiyada davam etdirəcək. O, “Mlada” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Bu barədə məlumatı Boleslav klubunun prezidenti Josef Dufek yerli mətbuata açıqlamasında verib. O, “çərçivə qoruyucusu”nun yaxın günlərdə rəsmi müqaviləyə imza çəkəcəyini vurğulayıb.
