Kamran Ağayevin yeni klubu məlum oldu – Rəsmi
25.08.2020 , 20:01

“Səbail” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, “dənizçilər” Azərbaycan millisinin keçmiş qapıçısı Kamran Ağayevlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
34 yaşlı qapıçı 2018/19 mövsümündə “Keşlə”dən ayrıldıqdan sonra klubsuz qalmışdı.
