Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevi transfer etdiyini rəsmən elan edib.
31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
Ağayevin son klubu Portuqaliyn "Boavişta"sı olub.
