Bu gün Portuqaliya Premyer Liqasının XI turunun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” klubu növbəti matçına çıxacaq.
Portu təmsilçisi doğma meydanda “Sportinq”i qəbul edəcək. Kamran Ağayev bu oyunda da start heyətdə yer alacaq. Xatırladaq ki, sözügedən görüş Bakı vaxtı ilə 22:15-də başlayacaq.
