Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” “Antalyaspor”u qonaq edib.
Oyunda hesab açılmayıb – 0:0. Zədəli olan Kamran bu görüşdə forma şansı qazanmayıb.
Qeyd edək ki, “Kayserispor” hazırda 63 xalla birinci pillədə qərarlaşıb.
