Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın “Boavişta” klubu baş məşqçisi Ervin Sançesi istefaya göndərib.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsm “Facebook” səhifəsində yer alıb.
Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib. Boliviyalı mütəxəssis 2015-ci ildən “Boavişta”nı çalışdırırdı.
“Boavişta” 7 turdan sonra aktivində olan 8 xalla, 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
