Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi
16.12.2020 , 17:39

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev dünyasını dəyişib.
Korner.az xəbər verir ki, o, 72 yaşında koronavirusdan vəfat edib.
Adilxan Ağayev əvvəllər Şabranın “Bərəkət” futbol komandasının baş məşqçisi olub.
