big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kamran Ağayevdən “Xəzər Lənkəran” xatırlatması: “Bizi çox pis bir şəkildə 6 ay futboldan kənarlaşdırdılar” – (MÜSAHİBƏ)

12.06.2013 , 19:02

Futbol üzrə Azərbaycan millisinin və “Bakı”nın qolkiperi Kamran Ağayev karyerasının ən qaranlıq bucaqlarını yada salıb. Korner.az-ın məlumatına görə, o, “Toplu Bakı” jurnalına müsahibəsində bir sıra maraqlı fikirlər səsləndirib:
 
– Kamran, əvvəlcə özünüz və ailəniz barədə məlumat verərdiniz…
– Mən Dəvəçi rayonunda müəllim ailəsində doğulmuşam. 4 yaşa kimi nənəmin yanında böyümüşəm. Ümumiyyətlə, uşaqlıq illərim orda-burda keçib. 9 yaşımdan etibarən yenidən ana-atamdan ayrı yaşamağa başlamışam. Uşaqlıqdan ailəcanlı olmuşam. Lakin futbola görə Bakıda yaşamağa məcbur olmuşam. Valideynlərə gəldikdə, atam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Gənclik illərində o da futbolla məşğul olsa da, peşəkar səviyyədə olmayıb.
 
– Bəs futbola gəlişinizi necə xatırlayırsınız?
– Futbola getməzdən öncə, müxtəlif idman növləri ilə məşğul olmuşam. Hələ orta məktəbdə oxuduğum vaxtlarda idmana həvəsim özünü biruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağım olub. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşam.  Dəvəçi rayonunda bir müddət müxtəlif idman növləri ilə məşğul olsam da, marağım futbola olduğu üçün valideynlərimdən məni futbola yazdırmalarını xahiş etdim. Bir müddət akrobatika və futbolla paralel olaraq məşğul olurdum. Valideynlərim futbola getməyimə qarşı idi. İlk vaxtlar narazı olsalar da, sonradan bunu qəbul etdilər. İlk dəfə meydana rayonun “Bərəkət” komandasında çıxmışam. Bu komandada baş məşqçi atam – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayırdım. Bu baxımdan da, ilk məşqçimin atam olduğunu demək olar. Burada çıxış etdiyim zaman məşqçi İslam Kərimov məni gördü və oradan 17 yaşlılardan ibarət milliyə gətirdi. 15 yaşımda 17 yaşlılardan ibarət futbol üzrə yığma komandanın heyətinə cəlb edildim. Yığmada göstərdiyim oyunlar ilə Bakı klublarının məşqçilərinin diqqətini çəkdim. Elə həmin ildə Bakının “Şəfa” klubuna dəvət aldım. Baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında 2001-ci ildə Azərbaycan kubokunun sahibi oldum. Milliylə bərabər bu komandada oynamağa davam edirdim. Ardıcıl olaraq U-17, U-19 və U-21-də çıxış etdim. 2004-cü ildə “Turan”a keçdim. İki ilə yaxın Tovuz klubunun şərəfini qorudum.
 
– 7 ilə yaxın  “Xəzər Lənkəran” klubunda çıxış etdiniz. Hətta son illərdə kapitanlıq sarğısı da sizə həvalə olunmuşdu…
– Ən yaxşı vaxtlarım, ən formada olan vaxtlarım “Turan”da olub. Amma ən yaddaqalan mövsümüm 2008/2009-cu illərdə olub. Düzdür Lənkərana bişmiş bir futbolçu kimi gəlmişdim. Orada gözəl günlər yaşadım: çempion olduq, MDB-nin kubokunu qazandıq. Təəssüf ki, bizi çox pis bir şəkildə 6 ay futboldan kənarlaşdırdılar. “Bakı” komandası mənə yiyə durmasaydı, futboldan kənar qalacaqdım.
 
– Milli komandanın əsas üzvlərindən birisən. Zəngin milli komanda karyerana nəzər salarkən nələr yada düşür…
– İlk dəfə Uels millisinə qarşı səfər oyununda meydana çıxmışam. 1:0 uduzduq. İndiyə kimi yadımdadır, 78-ci dəqiqədə qol buraxdıq. Həmin oyunu yüksək səviyyədə keçirmişdim. Hələ zədələnməmiş bir futbolçu idim. 5 ildən çoxdur ki milli komandadayam. Bu müddətdə Almaniyaya 6:0 uduzduğumuz oyun məni çox yandırır. Bu oyunu hər zaman xatırlayıram. Ümumiyyətlə, futbol karyeramda 6 top buraxmamışdım. İdman elədir ki, pis oyunlar adamın yadında qalır. İllər mənə çox şey öyrədib. Başa düşmüşəm ki, futbolçuya bu gününə görə qiymət verirlər. Bu gün oynaya bilirsənsə, hörmətin də olur, qiymətin də. Millidə əsas oyunçu yox aparıcı üzvlər olur. Bu gün millinin baş məşqçisi Berti Foqts bizə etimad göndərirsə buna görə ona minnətdaram. Amma millidə heç kim daimi deyil.  Milli – bütün futbolçuların üzünə açıqdır.
 
– Ötən il futbolçu həyatınızda bir sıra şanssızlıq yaşadınız. Hətta futbolçu karyeranızı bitirəcəyiniz barədə xəbərlər də yayılmışdı…
– Bir neçə dəfə ciddi zədələrim oldu. Uzun müddət bel ağrısından əziyyət çəkdim. Onurğa sütunumdan, dizimdən əməliyyat olundum, beynim silkələndi və idmandan çox kənar düşdüm. Onurğadan əməliyyat edilən futbolçuların əksəriyəti karyerasını bitirməli olur. Mənim bəxtim gətirdi.
 
– Klubun akademiyasında futbolla məşğul olan 500-ə yaxın uşaq və yeniyetməyə hansı məsləhətləriniz var?
– “Bakı”ya keçməmişdən öncə də bu komanda haqqında müsbət fikirlər eşitmişdim. Gəlib-görəndən sonra bir daha əmin oldum. Bizim dövrümüzdə uşaqlar üçün belə şərait yox idi. Belə şəraitin tək “Bakı”da yox, bütün klublarda yaradılmasını arzulayıram. Akademiyalar nə qədər çox olsa, yaxşı futbolçularımız da çoxalar. Biz də seçilə-seçilə bu günlərə çatmışıq. Mən çox istərdim ki, bu uşaqların hamısı yaxşı futbolçular olsun, qabağa getsinlər. Amma təəssüf,  futbol elədir ki, 100 uşaqdan birinin yaxşı gələcəyi olur. Futbolun yazılmamış qanunu budur. Uğur kimin qismətində varsa, o da futbolçu olacaq. Onlara Azərbaycanı xaricdə tanıtdırmağı arzulayıram. Avropaya doğru can atın!

Son yazılar

To Top