"Normalda belə deyirlər ki, futbolçu nə qədər məşq etməyibsə, ona formasını yığmaq üçün bir o qədər vaxt lazımdır. Kamran “Bakı” ilə təlim-məşq toplanışa getməmişdən əvvəl fərdi çalışıb. Mən onda Ağayevi görmüşəm, formada idi. Ümid edirəm ki, “Bakı” ilə müqaviləyə qol çəkəcək və Kamranı tanıdığım kimi görəcəyəm".
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı qapıçılarıa işləyən məşqçisi Uli Ştayn deyib.
Çalışdırıcı Kamran Ağayev haqda fikirlərini bölüşərkən daha sonra bunları deyib:
"Onda çəki problemi var. Çox məşq etməyəndə, çəkisi artır. İnanıram ki, “Bakı” ilə Antalyada yaxşı hazırlıq keçib. Bu, faktdır ki, Kamran hazırda Azərbaycanın ən yaxşı qapıçısıdır. Sözsüz ki, millidə öz klubunda oyun təcrübəsi yığan qapıçı oynaya bilər. Klubsuz futbolçu millidə oynaya bilməz.