Portuqaliyanın “Boavişta” klubunda çıxış edən milli komandamızın qolkiperi Kamran Ağayev zədələnib.
Korner.az-ın məlumatına görə, təcrübəli qolkiperimiz bir müddət yaşıl meydanlardan kənarda qala bilər.
Hələlik onun durumuna tam olaraq aydınlıq gəlməyib. Zədənin nə qədər ciddi olub-olmaması rentgen müayinəsindən sonra bilinəcək.
