Kamran Ağayev zədələndi – Mövsümü bitirdi
31.03.2019 , 14:44

Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi” ilə görüşdə zədələnən “Keşlə” klubunun qolkiperi Kamran Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Ötən gün keçirilən oyunda qolundan zədələnən qapıçının uzun müddət futboldan kənar qalacağı bəlli olub.
Qeyd edək ki, 33 yaşlı qapıçı cari mövsümün əvvəlindən “Keşlə”nin klubunun qapısını qoruyur.
