Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi – millimizin üzvü Kamran Ağayevi UEFA-ya sifariş edib.
Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib. 31 qolkiper 30 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Çexiya mətbuatı Kamranla 1+1 illik müqavilə imzalandığını yazıb.
Əlavə edək ki, "Mlada Boleslav" – “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
