Milli komandamızın qapıçısı Kamran Ağayev uzun fasilədən sonra məxsus olduğu klubu – "Xəzər Lənkəran"a qayıdıb.
Korner.az-ın məlumatına görə, qolkiper bu gündən etibarən Cənub təmsilçisi ilə hazırlıqlara başlayıb.
Xatrladaq ki, Ağayev Avropa Liqasının ikinci mərhələsində, "Lex"lə oyundan sonra komandadan uzaqlaşdırılmışdı. Lakin onun milli üzvü olması səbəbindən adı yeni mövsümün sifariş ərizəsinə salınmış və əvəzedici komandada məşq etməsinə şərait yaradılmışdı.
Məsələyə AFFA rəhbərinin müdaxiləsi göründüyü kimi həllini tapıb.