"Bizim ilk "altılıq" şanslarımız qalır. Çünki 5 oyunda maksimum xal toplamaq imkanımız var. Həmin bu 5 oyundakı rəqiblərimizdən sadəcə ilk "altılıq"da olanı "Simurq"du. Qalanları ikinci "altılıq" komandalarıdı. Nəzərə alsaq ki, ilk "altılıq"da qərarlaşan komandalar bir-biriləri ilə oyun keçirəcək və aralarında xal itkisi olacaq, o zaman biz irəliləyə bilərik".
Bu sözləri Korner.az-a açıqlamasında "Bakı"nın futbolçusu Şəhriyar Əliyev deyib.
Paytaxt klubunun gənc müdafiəçisi fasiləyə qədərki oyunlarda itirdikləri xallardan danışdı:
"Biz güclülərlə oyunda emək olar ki, heç-heçə etdik. Zəiflərlə oyunda isə xallar itirdik. Əgər bu gün biz 10 heç-heçə etmişiksə bu o anlama gəlmir ki, biz ancaq bir xala oynayərəq. Sadəcə elə oyunlar olub ki, biz həmin oyunda 3 xal qazanmalı olmuşuq. Ancaq hücumda son nöqtəni qoya bilməməyimiz xal itkilərimizə səbəb olub".
"Zolağlılar"ın futbolçusu "Bakı"ya keçəcəyi bildirilən Kamran Ağayev və Rauf Əliyevin paytaxt klubuna böyük xeyir verə biləcəyini bildirib:
"Hər ikisi yaxşı futbolçuladı. Həm Kamran Ağayev, həm də Rauf Əliyev "Bakı"ya çox xeyir verə bilər. Onlar klubumuzun gücünə güc qatacaq. Həm hücumda, həm də qapıda problemlərimiz azalar".
