“Bakı”nın və milli komandamızın qapıçısı Kamran Ağayev sabah səhər saatlarında Turkiyəyə yola düşəcək.
Korner.az-ın paytaxt təmsilçisinin saytına istinadən məlumatına görə, uzun müddətdi qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkən qapıçı klubunun sağlamlıq sponsoru olan “Acıbadəm” klinikasında əməliyyat olunacaq.
Komandanın həkimi Rafiq Hüseynovun məlumatına əsasən, qasığın sol tərəfindən əməliyyat olunacaq Kamranın, təxminən, 1 ay sonra məşqlərə başlayacağı gözlənilir.