“Sumqayıt” Futbol Klubu daha bir futbolçu ilə güclənib.
Korner.az-ın məlumatına görə, “kimyaçılar” yığmamızın qapıçısı Kamran Ağayevi heyətinə qatıb.
30 yaşlı qolkiper komanda ilə 1 illik müqavilə imzalayıb.
2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb.
