Futbol üzrə Azərbaycan yığmasının və “Boavişta”nın qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının 7-ci turunun ən yaxşı 11 futbolçusu sırasına düşüb.
Korner.az-ın məlumatına görə, o, doğma meydanda “Moreyrense” ilə görüşdəki uğurlu çıxışına görə 8,1 balla qiymətləndirilib və həftənin rəmzi komandasına ən güclü qapıçı kimi düşüb.
