Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Ağayevin şərəfini qoruduğu “Boavişta” öz meydanında “Eştoril”lə qarşılaşıb. 90 dəqiqə boyunca qapılara qol vurulmayıb.
Millimizin qapıçısı bu görüşdə də start heyətində meydana çıxıb və demək olar ki, oyun ərzində elə də çox işi olmayıb. Belə ki, qonaqlar Porto təmsilçisinin qapısı ağızında bir dəfə də olsun real qol şansı yarada bilməyiblər.
Bununlada Ağayevin komandası xal hesabını 10-a yüksəldib.
