“Qəbələ”
heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, Azərbaycan milli komandasının
qapıçısı Kamran Ağayev karyerasını “Qəbələ”də davam etdirəcək. Qapıçı
ilə 1,5 illik müqavilə imzalanıb.
1986-cı
ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi
“Şəfa”da başlayıb. Kamran daha sonra “Turan” (2004-2006),
“Xəzər-Lənkəran” (2006-2013) və “Bakı”nın (2013) şərəfini
qoruyub.
