Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Kayserispor” doğma meydanda “Giresunspor”u qəbul edib.
Oyun ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Ağayev 90 dəqiqə meydanda olub və 90+3-cü dəqiqədə penalti dəf etməyi bacarıb.
Qeyd edək ki, Kayseri təmsilçisi 26 turdan sonra 56 xalla turnir cədvəlinin 1-ci pilləsində qəraralaşıb.
