Türkiyə Kubokunda növbəti turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserispor" klubu "Sivasspor"la qarşılaşıb.
Həmyerlimiz bu matçı kənardan izləyib. Oyunun 90 dəqiqəsi 1:1 hesabı ilə tamamlansa da, "Kayserispor" rəqibinə penaltilər seriyasında boyun əyib – 2:4.
