Türkiyə PTT Birinci Liqasında 29-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” səfərdə “Osmanlıspor”la üz-üzə gəlib. Heç-heçə başa çatan matçda tərəflər 1 xalla kifayətlənməli olub.
Kamran Ağayev bu matçda iştirak edə bilməyib. Buna səbəb onun matçdan öncəki məşq zamanı zədələnməsi olub. Ağayevin zədəsi tam ciddi olmasa da, həkimlər çətin “Osmanlıspor”la matçda ona istirahət veriblər.
