Kamran Ağayev karyerasını Azərbaycanda davam etdirəcək
26.06.2018 , 14:42

Çexiyanın “Mlada” klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən “Keşlə” ilə müqavilə imzalayan Kamran Ağayev karyerasına Azərbaycanda davam etdirəcək.
Ağayev “Keşlə” ilə müqavilə müddətini uzadıb. Millimizin üzvü ölkə kənarından bir neçə təklif alsa da, bundan imtina edib. Ötən mövsüm bir neçə oyunu zədə səbəbindən buraxan əlcək sahibi ideal formada olmadığı üçün risk etmək istəməyib.
32 yaşlı qapıçı ölkə xaricində “Kayserispor”, “Karşıyaka”, “Boavişta” və “Mlada” klublarında çıxış edib.
