"Yaxşı oynayıb qalib gəldik. Təbrik edirəm Azərbaycan xalqını. Növbəti Oyunlarda da belə oynayıb qələbə qazanmaq lazımdır. İsraillə oyunda da belə gözəl oyun nümayiş etdirib qələbə qazanmalıyıq. Əsas özümüzə güvənməliyik.
Bu sözləri Korner.az-a açıqlamasında millimizin qapıçısı Kamran Ağayev deyib. "Xəzər Lənkəran"dan transferə çıxarılan qolkiperə: "Hansısa klubda oynamasan, milliyə çağırmayacaqlar. Bəs onda?" sualını Ağayev belə cavablandırıb:
"Heç nə. Bir il evdə oturacam, istirahət edəcəm. Çağırırlar çağırsınlar. Çağırmırlarsa da, əvəzolunmaz futbolçu yoxdu. Harda gəldi məşq edərəm. Lap həyətdə mollalarla məşq edərəm".