DÇ-2014-ün seçmə mərhələsinin ilk iki turunun 10 ən yaxşı qapıçı qurtarışları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, dünyanın məşhur bukmeyker kontorlarından olan “bwin”in təşəbbüsü ilə seçilən 10 ən yaxşı qapıçı seyvi müəyyən edilib.
Milli komandamızın və ölkənin bir nömrəli qapıçısı Kamran Ağayev sıralamada birinci yeri tutub. Bugünlərdə "Xəzər Lənkəran"ın əsas heyətinə qaytarılan Ağayev İtaliya millisinin qapıçısı Canluici Buffonu da geridə qoymağı bacarıb.
Qeyd edək ki, Kamran Ağayev Portuqaliya ilə oyundakı gözəl qurtarışına görə birinci olub.
