Futbol üzrə Çexiya çempionatında 6-cı turun oyunları keçirilir.
Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Zbroyovka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3:0 hesablı qələbə ayrılıb.
Kamran bu görüşün iştirakçısı olmayıb. Ötən tur Çexiya klubunda debüt edən və biabırçı səhvlərlə komandasının böyük hesabla uduzmasında əsas günahkarlardan olan millimizin üzvü bu dəfə gözlənildiyi kimi ehtiyatda qalıb.
