Millimizin və “Boavişta”nın qapıçısı Kamran Ağayev cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, buna Ağayevin Portuqaliya çempionatının XVII turu çərçivəsində “Benfika” ilə matçdan sonra baş verən insidentdə qırmızı vərəqə alması səbəb olub. Belə ki, futbolçu Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.
