“Sabah bizi çətin oyun gözləyir. Lakin İsrailə qarşı necə oynayacağımızı hələ bilmirəm. Bu barədə Berti Foqtsun bizimlə söhbəti olmayıb. Amma bizim vəzifəmiz qələbə qazanmaqdı. Ona görə də daha çox hücum etməliyik".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın qapıçısı Kamran Ağayev deyib. Ağayev oyun praktikasının azlığından danışıb:
"İsraillə oyuna görə Portuqaliya ilə qarşılaşmanı qurban verməyə hazırlaşmırıq. Əlbəttə, ilk oyun çox vacibdi. Qələbə qazanmalıyıq. Amma bu, o demək deyil ki, Portuqaliyaya qarşı mübarizə aparmayacağıq. Özümə gəlincə, oyun təcrübəmin azlığı sözünü deyə bilər. Bunu hiss etdirməmək üçün əlimdən gələni edəcəyəm”.
