DŞ-2014-ün seçmə mırhələsi çərçivəsində sabah Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi və futbolçuları mətbuat konfransı keçirib.
Korner.az-ın mılumatına görə, Lüksemburqla oyunda qapını qoruyan Kamran Ağayev sabahkı oyunla bağlı bunları deyib:
"Lüksemburqla oyunda qazandığımız 1 xalı tənqid edirsiniz, haqlısınız. Ancaq bu, o demək deyil ki, rəqib küçədən gəlib. Səfərdə heç-heçə pis nəticə deyil. Hər halda, udmağa borclu idik. Rəqib meydanında ehtiyatlı oynayırdıq. Udmaq istəyəndə, uduza da bilərsən. Bu basketbol deyil ki, rəqibi əks-hücumda tutub fərqlənəsən.
Yığmada əsas heyət oyunçusu olmur. Bu, klub deyil. Hamı hazır olmalıdır. Millidə əsas xarakter rol oynayır. Millinin futbolçusu peşəkar olmağa məcburdur. Kimin meydana çıxacağı hələ bilinmir. Çıxsam, milliyə kömək etmək üçün əlimdən gələni edəcəyəm".
