"Xəzər Lənkəran" və onun azarkeşlərinin qəlbimdə başqa yeri var. Ancaq bu səhifə mənim üçün qapadıldı. "Xəzər Lənkəran"da oynadığım illəri karyerama daxil etmirəm".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev deyib.
Müqavilə ilə "ağ-yaşıllar"a məxsus olan, ancaq əsas heyətdən uzaqlaşdırılan qolkiper Cənub klubunun əzəli rəqibi "Neftçi"dən təklif alacağı halda bunu müsbət dəyərləndirəcəyini bildirib:
"Bu günə kimi demirdim. Ancaq deyim bilin ki, əgər "Neftçi"dən təklif gələrsə bunu müsbət dəyərləndirəcəm. Əvvəl fikirləşirdim ki, azarkeşlərin incikliyinə səbəb olar, bu onların xoşuna gəlməz. Ancaq təklif gəlsə mən onu müsbət dəyərləndirəcəm".
