Azərbaycan milli komandasının və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev Bakıya qayıdıb.
Korner.az-ın məlumatına görə, bu barədə Sportnet.az-a qolkiperin “Boavişta”ya keçənədək çıxış etdiyi “Sumqayıt” klubunun meneceri Ceyhun Sultanov məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı qapıçı Portuqaliya çempionatında yaranan fasilə ilə əlaqədar gəlib. Ağayevin “Boavişta”dan ayrılaraq, Azərbaycanda oynamaq istəyi barədə açıqlamasını mətbuatdan oxuduğunu deyən Sultanov tezliklə onun özü ilə görüşəcəyini söyləyib: “İmkan tapan kimi Kamranla görüşüb danışacağam. “Boavişta”dan göndərilməsindən söhbət gedə bilməz. Necə göndərilə bilər ki, “Nasyonal”la ötən tur matçında 90 dəqiqə meydanda olub. Fasilə ilə əlaqədar istirahət veriblər. Ona görə Bakıya gəlib”.
