Türkiyə 1-ci Liqasında 24-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Kayserispor” doğma meydanda “Altınordu”nu qəbul edib.
Oyun Kayseri təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Kayserispor” 24 turdan sonra 50 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
