Danimarkanın “Aalborq” klubunun futbolçusu Kristian Bassoqoq Çinin “Henan Jianye” komandasına transfer olunub.
Korner.az-ın məlumatına görə, bu haqda Danimarka mediası xəbər yayıb.
“Henan Jianye” transfer üçün 6 milyon avro ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək, Kristian bu il baş tutan Afrika Millətlər Kubokunun ən dəyərli futbolçusu seçilmişdi.
Xatırladaq ki, afrikalı bu mövsüm “Aalborq” forması ilə 4 qol vurub.