Kamerunlu hücumçu “Keşlə”də
26.12.2020 , 18:27
Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi kamerunlu hücumçu Anatole Abanqı transfer edib. 24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın “SJK”, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.
Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.