Fransanın “Lill” klubunun futbolçusu Aurelyn Şedju “Qalatasaray”ı niyı seçməsini açıqlayıb.
Korner.az-ın məlumatına görə, kamerunlu futbolçu “Cim-Bom”un ona dəyər verməsini və “Lill”dəki atmosferin “Qalatasaray”da da olması onu Türkiyəyə getməyə vadar edib:
“Qalatasaray” transferim 90% həll olunub və kiçik detallar qalıb. Niyə “Qalatasaray”ı seçdiyimi soruşsanız… Ona görə bu klubu seçdim ki, onlar mənimlə yanvar ayından maraqlanırdılar və tez-tez zədələndikdə az qala bütün “Cim-Bom”lular mənimlə danışırdılar. “Qalatasaray”da “Lill”dəki olduğu kimi ailə ortamı var”.