Kamal Umudluya UEFA-dan növbəti təyinat
16.05.2025 , 16:44

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.
