“Neftçi”nin kapitanı intizamsızlığı pozduğuna görə əvəzedici heyətə göndərilib.
Korner.az bu barədə “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Kamal Quliyevin fikirlərini öyrənib:
“Hər bir komandanın nizam-intizam kodeksləri olur. “Neftçi” də bu baxımdan istisna deyil. Rəşad həm “Neftçi” həm Azərbaycan futbolu üçün önəmli futbolçudu. Ancaq heç kim intizamı poza bilməz. Rəşad Sadiqov bundan dərs çıxarmalıdı və bu başqalarına görk olmalıdı. Rəhbərlik doğru qərar verib. Onun əvəzedici komanda da olması bizim futbolçularçun önəmlidi. Onun təcrübəsindən çox şey öyrənə bilər gənclərimiz. Rəşadın oyunundan razıyam”
