Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL “Neftçala”nı məğlub edərək, növbəti mərhələyə adladı.
Korner.az-ın məlumatına görə, “Neftçala”nın baş məşqçisi Kamal Quliyev oyundan sonra fikirlərini bildirib:
“AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.
