Kamal Mirzəyev: “Yaxşı təklif olarsa, dəyərləndirəcəm”
05.02.2020 , 15:34

Küveytin “Əl-Salmiyə” klubunda forma geyinən Kamal Mirzəyevin korner.az-a müsahibəsi…
– Küveytdəki işləriniz necə gedir?
– Hər şey qaydasındadır.
– Ötən tur “Kazma” ilə qarşılaşdız və 1:2 hesabı ilə məğlub olduz. Komandada ab-hava necədir?
– Matç boyu üstün oyun göstərdik. İki dəqiqəlik çaşğınlıq nəticəsində qapımızda 2 top gördük.
– Öz çıxışınızı necə dəyərləndirirsiz?
– Çıxışımı məşqçilər korpusunun dəyərləndirməsi daha düzgün olar.
– Artıq bir neçə müddətdir ki, Küveytdəsiz. Ora öyrəşə bilmisiz?
– Öyrəşmək elə də çox vaxt almadı. Yayda gələndə çox isti idi. İndi isə soyuqlar düşüb.
– “Əl-Salmiyə” ilə yaya qədər müqaviləniz var. Premyer Liqaya qayıtmağı fikirləşirsiz?
– Bunu fikirləşməmişəm. Hələ ki, qayıtmaq fikrim yoxdu.
– Hansısa klubdan təklif almısız?
– Almışam.Yaxşı təklif olarsa, dəyərləndirəcəm.
– Azərbaycan çempionatını izləyirsiz?
– Oyundan sonrakı icmalı izləyirəm. Çox vaxt məşqdə olduğum üçün hamısına baxa bilmirəm.
Mina Musayeva
