“Kalyari” yeni qapıçı ilə gücləndi
17.07.2023 , 12:53

“Kalyari” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, komanda Rumıniyanın ÇFR klubunun qapıçısı Simone Skuffeti transfer edib.
27 yaşlı oyunçu ilə 2026-cı ilin ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
