“Neftçi”nin hücumçusu Melvin Platye bazar ertəsi İsveçə yollanır.
Korner.az-ın məlumatına görə, paytaxt klubunun uğursuz transferi Melvin Platye tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
“Kalmar” klubunun idman direktoru Tomas Anderson Borstam Platye haqda danışıb: “Platye bizim 5-ci transferimizdir. Bununla da hər mövqeyə yeni futbolçu almış olduq. Səbirsizliklə Melvinin “Kalmar”a uyğunlaşmasını gözləyirik. Onun həyat yoldaşı isveçlidir və bu, onun İsveçə uyğunlaşmasına kömək etməlidir”.
