Kaliniç Xorvatiya millisindən qovuldu
18.06.2018 , 21:24

Xorvatiya millisinin futbolçusu Nikola Kaliniç yığmadan uzaqlaşdırılıb.
Bu barədə komandanın baş məşqçisi Zlatko Daliç məlumat verib. O bildirib ki, 30 yaşlı hücumçu DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə matçda oynamaqdan imtina etdiyi üçün bu qərar verilib:
“Kaliniç ikinci hissədə oyuna çıxmaq istəmədi. O, belində ağrı olduğu üçün hazır olmadığını bildirdi. Kaliniç Braziliya və İngiltərə ilə görüşlərdə də eyni səbəbdən oynamamışdı. Mənə hazır və sağlam oyunçular lazımdır. Ona görə bu qərarı verdim”
