“Fiorentina”nın futbolçusu Nikola Kaliniç gələcək planları haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, “Sportske Novosti”yə danışan oyunçu Çinə getməyəcəyini açıqlayıb:
“Qərara gəldim ki, “Fiorentina”da qalım. İtaliyada oynamaq istəyirəm. Burada iki il keçirmişəm və özümü yaxşı hiss edirəm. Keçidimlə bağlı böyük təzyiq var idi. Lakin bunu “Fiorentina” və azarkeşlərimiz istəmədi. Bunun üçün də burada qaldım”
