Kaka yenidən futbola qayıdır
22.05.2019 , 17:17

“Milan” klubundakı çıxışı ilə daha çox yaddaşlarda qalan Kaka futbola geri dönəcəyini açıqlayıb.
37 yaşlı sabiq futbolçu idman direkrotu kimi fəaliyyətini davam etdirməyi düşünür.
“Mən yenidən futbola qayıtmağı çox istəyirdim. Artıq zamanı gəlib. İlk olaraq idman direktoru olaraq fəaliyyətə başlayacam. Kluba olan bağlılığım və Dünyada olan prestiji baxımından “Milan” mənim üçün ən ideal variantdır.”
Qeyd edək ki, Kaka 2003-2009 və 2013-2014-cü illərdə “Milan” klubunun şərəfini qoruyub.
