“San Paolo”nun yarımmüdafiəçisi Kaka Braziliya yığmasının Argentina və Yaponiya ilə yoldaşlıq oyunlarına dəvət alıb.
Korner.az-ın məlumatına görə, o, milli komandada Kruzeyronun zədələnmiş yarımmüdafiəçisi Rikardo Qoulartanı əvəz etməlidir.
Sonuncu dəfə 32 yaşlı futbolçu milli komandanın heyətində meydana 2013-cü ildə Rusiya ilə yoldaşlıq oyununda (1:1) çıxmışdı.
