Həftəsonu "Qranada" ilə oyundan sonra komanda da xoşbəxt olmadığını dilə gətirən Ronaldonun maaşının azlığından narazı olduğu bildirildi.
Korner.az-ın məlumatına görə, İspaniyanın "AS" qazeti isə maraqlı bir iddia irəli sürüb. Belə ki, qazet bildirir ki, klub Ronaldonun maaşını qaldırmaq fikirində imiş. Lakin Kakanı sata bilməyən Madrid təmsilçisi Ronaldonun maaşını qaldırmayıb. Belə ki, Kakanı sataraq həm braziliyalı futbolçuya ödəniləcək 9 milyon avronun yükündən qurtulmaq həm də, futbolçunu satarkən ondan qazanacağı bonservisin ardından Ronaldonun maaşını yaxşılaşdırmaq planları "suya batıb". Kaka ilə sadəcə "Milan"ın maraqlandığı və italyanlarında futbolçunu yalnız icarəyə götürmək istəməsi "Real"ın planlarını pozub.
Bununlada Kakanın komanda da qalması Ronaldonun maaşının artırılmasını əngəlləmiş oldu. Madrid təmsilçisi Kakanın satışından sonra kluba məxsus basketbol komandasınıda gücləndirmək planlarıda var imiş.
