Kral klubu "Real" dan keçmiş klubuna dönən braziliyalı futbolçu Rikardo Kaka yeni macəralara hazır olduğunu deyib.
Korner.az-ın məlumatına görə, dörd illik aradan sonra "Milan"a qayıdan Kaka, transferi ilə bağlı açıqlamalar verib.
"Real"da keçirtdiyim dörd il boyunca sürətli şəkildə meydana çıxa bilmədim. Buna səbəb isə zədələr oldu. Madrid klubunda futbol coşqumu itirmişdim. Amma indi davamlı futbol oynama şansı qazanmışam. Heç bir zədəm yoxdu", – deyə o bildirib.
